Bakıda çürümüş meyiti tapılan gənclə bağlı - YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədidə meyiti aşkar edilmiş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
BAKU.WS xəbər verir ki, qafqazinfo-nun Baş Prokurorluğun Mətbuat xidmətindən əldə etdiyi məlumata görə, iyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olunduqdan sonra isti izlər əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...