Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB
Hadisə 125

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

*** 16:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər