Bakıda "Chevrolet"lə "avtoşluq" etdi - TUTULDU
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Chevrolet Nexia" markalı 77-PZ-188 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nurlan Mamedzadə saxlanılıb.
BAKU.WS xəbər verir ki, sürücü Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü N.Mamedzadə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...