Bakıda "Chevrolet" ilə "Tesla" toqquşdu: Bir nəfər öldü

Bakıda Chevrolet ilə Tesla toqquşdu: Bir nəfər öldü
Hadisə 331

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunur ki, nazirliyin "112" qaynar xəttinə Xətai rayonu, 8 noyabr prospektində qəza ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bildirilib ki, FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet" və "Tesla" markalı minik avtomobilləri toqquşub və bir nəfər "Chevrolet" avtomobilinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Zaqatalada 31 yaşlı kişiyə xəsarət yetirən şəxs saxlanılıb

Zaqatalada 31 yaşlı kişiyə xəsarət yetirən şəxs saxlanılıb

Zaqatalada 31 yaşlı kişiyə daşla xəsarət yetirən şəxs saxlanılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Belə ki...

18 Hadisə 22:35 04 avqust 2026

Son xəbərlər