Bakıda bu yollarda dəyişiklik edildi - FOTO

Bakıda bu yollarda dəyişiklik edildi - FOTO
Foto
Hadisə 774

Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bildirilir ki, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artmasına səbəb olacaq.

Eyni zamanda kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

SON DƏQİQƏ: Bakıda qəza - Prospekt bağlandı - FOTO

SON DƏQİQƏ: Bakıda qəza - Prospekt bağlandı - FOTO

Bakıda yol qəzası baş verib. BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bir qədər əvvəl Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi il...

4250 Hadisə 23:07 02 dekabr 2019

Son xəbərlər