Bakıda bu yolda nişan sürücülərin CƏRİMƏLƏNMƏSİNƏ səbəb olur
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində quraşdırılan yol nişanı sürücülərin narazılığına səbəb olub.
BAKU.WS İTV-yə istinadən xəbər verir ki, sürücülərin nişanı döngədən sonra gördükləri və bunun nəticəsində cərimələndikləri bildirilib. Sürücülər nişanın vaxtında görünmədiyini, bu səbəbdən qaydanı pozmamaq üçün kifayət qədər imkanlarının olmadığını deyirlər.
Mütəxəssislər isə yol nişanlarının sürücünün görmə bucağında yerləşdirilməli və qərar vermək üçün kifayət qədər vaxt yaratmalı olduğunu qeyd edirlər.
Məsələ ilə bağlı AYNA-dan açıqlama verilməyib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...