Bakıda bu xəstəxanada tibb bacıları saxta vaksin sənədi satırlarmış
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb.
BAKU.WS xəbər verir ki, araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Sabiq icra başçısı məhkəmədə ifadə verməkdən imtina edib
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçala rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini...