Bakıda bu şirkətlər ağacları qanunsuz kəsib - SİYAHI

Bakıda bu şirkətlər ağacları qanunsuz kəsib - SİYAHI
Hadisə 51

Bakının bir sıra rayonlarında ağacları qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində “Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində “İnvest M. Construction” MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində “FMG” MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park” QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dörd rayonda ağaclar kəsilib, sənədlər Baş Prokurorluğa göndərilib

Dörd rayonda ağaclar kəsilib, sənədlər Baş Prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Lənkəran, Biləsuvar, Xaçmaz və İsmayıllı rayonları ərazisi...

48 Hadisə 10:25 17 may 2023

Son xəbərlər