Bakıda bu ərazilərdə QAZ OLMAYACAQ

Bakıda bu ərazilərdə QAZ OLMAYACAQ
Hadisə 285

Bu gün Bakının Pirallahı və Nəsimi rayonlarında bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Pirallahı rayonununda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğular ilə əvəzlənməsi, Nəsimi rayonunda qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə aprelin 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirallahı rayonu üzrə Süleyman Bağırov və Fioletov küçələrinin, Nəsimi rayonu üzrə isə Ə.Qasımzadə, M.Topçubaşov, C.Məmmədquluzadə, H.Ələsgərov, N.Vəzirov, N.Yusifbəyli, Novruzov qardaşları, M.Sənani, Bakıxanov küçələrinin və Vaqif prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Azərbaycanın Əməkdar mədəniyyət işçisi vəfat etdi

Azərbaycanın Əməkdar mədəniyyət işçisi vəfat etdi

Əməkdar mədəniyyət işçisi, tarzən, Ağdamın "Şur" ansamblının bədii rəhbəri Fərhad Paşayev vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat...

34 Hadisə 09:04 21 oktyabr 2025

Son xəbərlər