Bakıda avtobuslardan istifadə edən sərnişinlərin nəzərinə - Yeniliyin səbəbi AÇIQLANDI

11 nömrəli müntəzəm marşrut xəttində istifadə olunan avtobuslar iri qabaritli olduğundan 257 nömrəli məktəbin qarşısında geriyə dönmə manevri edərkən təhlükəli şərait yaranırdı. Bu səbəbdən sərnişinlərin və digər nəqliyyat vasitələrinin rahat və təhlükəsizliyini nəzərə alaraq marşrut xəttində dəyişiklik edilərək son dayananacaq 140 metr geridə təşkil olunub.
Bu barədə AYNA-dan BAKU.WS-ə bildirilib. Qeyd edilib ki, avtobuslar üçün geriyə dönmə manevri rahat və təhlükəsiz şəkildə "Xəzərin dairəsi" adlanan ərazidən təşkil edilib.
Son dayanacaqda isə dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.
***14:44
Bakının Xətai rayonunda yaşayan bəzi vətəndaşlar narazıdır.
Bu barədə sakinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə məlumat verib.

Şikayətçi bildirib ki, rayonun İbrahim Əbilov küçəsindən başlayaraq, Sadıqcan küçəsinə qədər hissəində dayanacaq yoxdur. Əvvələr mövcud olan iki dayanacaq isə ərazidən götürülüb. Üstəlik yaxınlıqda məktəb də var:
"Hər gün avtobusa minmək üçün uzun yol getməli oluruq. Təqribən 6-7 ay olar ki dayanacaqlarımızı yığışdırıblar. Birinin yerinə mağaza belə tikilib. Xahiş edirik ki, əvvəlki kimi dayanacaqlarımızı gətirib yerinə qoysunlar ki, biz də rahat ictimai nəqliyyatdan istifadə edə bilək".
Vətəndaş həmçinin deyib ki, küçələrdə avtobus dayanacağını göstərən yol nişanları hələ də qalır. Lakin bu çarə deyil: "İşarə var, dayanacaq yoxdur. Yağış yağanda camaat harada gözləməlidir?"
Sözügedən ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və onların hüquqi varisləri ifadə veriblər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...
