Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun (Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BAKU.WS Trend-ə istinadən bildirir ki, təqsirləndirilən şəxs məhkəməyə gətirilməyib, o saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulub.Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək.
Xatırladaq ki, Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə təqsirləndirilən Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. O CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.
Oxşar xəbərlər
Bakıda kamera qarşısında keçmiş məhbusu belə öldürdü - ANBAAN VİDEO
Baxış keçirilməsi protokoluna əsasən, cinayət 2019-cu il oktyabrın 24-ü saat 23:13-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında baş verib. Hadisə yerind...