Bakıda binadan velosiped oğurlandı - ANBAAN VİDEO

Bakıda binadan velosiped oğurlandı - ANBAAN VİDEO
Video
Hadisə 175

Bakının Yasamal rayonunda velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, aprelin 10-da paytaxtın Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən binalardan birinin blokundan sakinlərdən birinə məxsus velosipedin oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət daxil olub.

Müraciət əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat axtarış tədbirləri həyata keçirilib.

Axtarış nəticəsində sözügedən ünvanda V.Burcəliyevə məxsus 200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, Xırdalan şəhər sakini 1993-cü il təvəllüdlü Q.Dadaşov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.

Oxşar xəbərlər

Son xəbərlər