Bakıda bıçaqlanan ata öldü - 15 yaşlı qızı saxlanıldı
04
fev
2026
15:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bıçaqlanan 49 yaşlı Rüfət Haşımovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Cinayəti onun 15 yaşlı qızının törətməsinə əsaslı şübhələr müəyyən edilib. Yeniyetmə saxlanılıb.
Qeyd edək ki, ilkin məlumata görə, R.Haşımov həyat yoldaşını döydüyü üçün qızı müdaxilə edib. Həmin vaxt bədbəxt hadisə baş verib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...