Bakıda bəzi küçə və prospektlərdə hərəkət qismən məhdudlaşdırılacaq

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, iyunun 14–16-da paytaxtın bəzi küçə və prospektlərdə yol təmir işləri aparılacaq.
Bildirilib ki, təmir işləri aparılacaq ünvanlar - Səbail rayonu – Badamdar şosesi, Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu – Ziya Bünyadov prospekti, Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə, Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu – Babək prospekti, 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı, Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi, H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsidir.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Oxşar xəbərlər
Bulvarda həyəcanlı anlar - 26 yaşlı kişi xilas edildi - ANBAAN VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhl...
