Bakıda beş avtomobil toqquşub, ölən var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Suraxanı rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Əvvəlcə "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkət edən "Nissan" markalı maşına çırpıb.
Nəticədə maşınlara çox ciddi ziyan dəyməyib.
Lakin eyni istiqamətdə olan "Mercedes" markalı digər avtomobil yüksək sürətlə qəzaya uğramış maşınlara çırpılıb.
Ardı ilə digər "Hyundai" və Chevrolet" markalı maşınlar da qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.
Avtoqəza zamanı "Opel"-in sürücüsü hadisə yerində ölüb.
Qəza ilə bağlı Suraxan Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi
Bərdə rayonunda avtomobil qəzası baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə "588 saylı qəsəbə" adlanan ərazidə qeydə alınıb. Belə ki, qəsəbə s...