Bakıda bazardan 2 130 manatlıq meyvə oğurlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram meyvə oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində meyvə oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...