Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib

Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib
Hadisə 25

Bakıda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb.

BAKU.WS Oxu.Az-a iatinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, iyulun 12-də saat 22:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub.

1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər