Bakıda baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində insident baş verdiyinə dair bağlı polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.
Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
Polisin keçirdiyi əməliyyat nəticəsində baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Zığ qəsəbəsində kütləvi dava baş verdiyinə dair görüntülər yayılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...