Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Zəfər Parkının yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, "BakuBus"un Hövsandan metronun "28 May" stansiyası üzrə hərəkət edən 120 nömrəli marşrut avtobusu ilə minik avtomobili toqquşub.
Hadisə minik avtomobilinin avtobus zolağına daxil olması nəticəsində baş verib.
Qəzadan sonra avtobusda olan sərnişinlər düşürülüb və növbəti gələn avtobusa yönləndiriliblər.
Maraqlısı odur ki, sərnişinlərin mindiyi növbəti 120 nömrəli avtobus da bir qədər hərəkət etdikdən sonra qəza törədib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Xəsarət alan yoxdur.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...