Bakıda bahalı avtomobil qəzaya düşdü - FOTO
09
mar
2021
08:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.
Belə ki, sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.
Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Qəza ilə bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Yağışlı havada Bakıda baş verən qəzalar - VİDEO
Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə etdiyi üçün sürücü sükana nəzarəti itirərək avt...