Bakıda azyaşlı qız zorlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Komitəsi paytaxtın Suraxanı rayonu ərazisində azyaşlının zorakılığa məruz qalmasına dair yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Komitə əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan hadisə araşdırılıb:
“Əməkdaşlarımız Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailənin evinə gedib. Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir”.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...