Bakıda axtarışda olan şəxs bıçaqla müqavimət göstərdi - Polis atəş açdı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Fərid Əlizadə saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib.
Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtda yük avtomobilinin sürücüsünü elektrik cərəyanı vurub
Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun "Yaşma bağları" ərazisində qeyd...
