Bakıda "avtoşluq" edən avtobus sürücüsü işdən çıxarıldı - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atması ilə bağlı görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb və qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.
Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasına düşüb.
Daşıyıcı şirkətdən Trend-ə bildiriblər ki, sürücü Bakı Şəhər Yol Polisinə dəvət olunub.
Sürücü törətdiyi qayda pozuntusuna görə altmış manat və üç bal cərimə olunub və işdən azad edilib.
***08:22
Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.
Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.
Həmin anın videosunu təqdim edirik:
Oxşar xəbərlər
Bakı küçələrində "protiv" sürən “Zerkalni Əliyar” kimdir? - VİDEO
Bakıda "10-MM-100" dövlət nömrə nişanlı, “Toyota Land Cruiser Prado” markalı avtomobilin sürücüsü yol nəqliyyat qaydalarını pozmağa davam edir. BAKU.WS xəbər ve...