Paytaxtda təmir sexində güclü YANĞIN: Lüks avtomobil KÜLƏ DÖNDÜ

Bakıda avtomobil təmiri sexində yanğın olub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə, içərisində təmirə dayanmış "LAND ROVER SPORT" markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyat hissələri yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.
Həmin görüntüləri təqdim edirik:
***20:04
Bakının Xətai rayonunda obyektdə baş verən yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
***17:44
Bakıda Köhnə Günəşli ərazisində avtoservis yanır.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Səməd bəy Mehmandarov küçəsində, "Venesiya" şadlıq sarayının yaxınlığında baş verib.
Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Hadisə yerindən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Mingəçevirdə avtomobil yaşlı qadını vurub öldürüb
Avqustun 1-i axşam saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Opel" markalı avtomob...