Bakıda avtosalon yanıb, xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində yerləşən “Avtopro” avtomobil salonunda baş verib.
Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım və polis əməkdaşları cəlb edilib.
Hadisə zamanı “Mercedes” markalı avtomobil yanıb. Digər avtomobillər alovdan mühafizə olunub.
Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Yanğın lokallaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakı-Sumqayıt şosesində avtomobil tuneldə arakəsməyə çırpılaraq yanıb - FOTO
Bakı-Sumqayıt şosesində avtomobil qəzaya uğrayaraq yanıb.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin Xırdalan şəhərindən keçən hissə...