Bakıda avtoparkda başlayan güclü yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakıda avtoparkda başlayan güclü yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
Video
Hadisə 708

Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

***12:03

Bakıda avtomobil parklarının birində güclü yanğın baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, Xocasən qəsəbəsindəki avtomobil parkında iki yük maşını naməlum səbəbdən alışaraq yanmağa başlayıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.

Şahidlərin dediyinə görə, bir TIR maşını və "İsuzu" markalı yük maşını yanıb.

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı açıqlayıb ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Görüntüləri olduğu kimi təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər