Bakıda avtomobillə moped toqquşub: Ölən var

Bakıda avtomobillə moped toqquşub: Ölən var
Hadisə 196

Bakıda avtomobillə moped toqquşub, ölən var.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən Balaxanı-Binəqədi yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Sovqat Məmməd oğlunun idarə etdiyi “Ford" markalı avtomobillə 1963-cü il təvəllüdlü Balayev Alik Rafiq oğlunun idarə etdiyi moped toqquşub. Nəticədə A.Balayev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər