Bakıda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində "KİA" markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.
Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...