Bakıda avtomobili piyadaların üstünə sürən şəxs saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonunda sürücü avtomobili piyadaların üstünə sürüb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Sürücünün polisə qarşı tabesizlik göstərdiyi deyilir.
Hadisə ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, saxlanılarkən sürücünün sərxoş olduğu müəyyən edilib:“Sürücü, 1984-cü il təvəllüdlü Məmmədov Emil Fəxrəddin oğlu Nərimanov rayon, Həsən Əliyev ksçəsində yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. İntizamsızlıq göstərən sürücü nəqliyyat vasitəsini digər hərəkət iştirakçılarının üzərinə sürərək özünün və onların həyatını təhlükəyə atıb. DYP əməkdaşlarına tabesizlik göstərən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Sürücü və haqqında toplanılan materiallar Nərimanov Rayon 16-cı Polis Bölməsinə təhvil verilib. Saxlanılan sürücünün sabah məhkəmə qarşısına çıxarılacağı gözlənilir”.
Oxşar xəbərlər
Bakıda avtomobili tərsinə sürən şəxs cəzalandırıldı - YENİLƏNİB - ANBAAN VİDEO
Bakının mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, VAZ-21099 markalı avtomobili geriyə idarə edən sürücü barəsində protokol tərtib edilib. BAKU.WS...