Bakıda avtomobil yoluna qaçan piyadaların vurulma GÖRÜNTÜLƏRİ

Bakıda avtomobil yoluna qaçan piyadaların vurulma GÖRÜNTÜLƏRİ
Video
Hadisə 574

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

BAKU.WS həmin müraciəti təqdim edir:

"Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir.

Bu məqsədlə oktyabr ayının 27-dən noyabrın 3-dək ölkəmizdə "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır".

Oxşar xəbərlər

Azərbaycanda polkovnik vəfat etdi

Azərbaycanda polkovnik vəfat etdi

Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidov vəfat edib. BAKU.WS Bakıvaxtı.az-a istinadən xəbər ver...

83 Hadisə 22:10 29 dekabr 2025

Son xəbərlər