Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu
24
mar
2021
21:40
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində 1994-cü il təvəllüdlü Məmmədov Pərvin Əzim oğlu və 1999-cu il təvəllüdlü Hacıyev Yusif Sərdar oğlu yolu keçmək istəyərkən avtomobil onları vurub.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Y.Hacıyevə başın təpə nahiyəsinin, P.Məmmədova isə diz nahiyəsinin əziyi diaqnozları qoyulub.
Oxşar xəbərlər
Bakıda 81 yaşlı kişini avtomobil vurdu
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alın...