Bakıda avtomobil yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin tərəfindən "Opel" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...