Bakıda avtomobil Türkiyə vətəndaşını vuraraq öldürüb - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ötən gün qəzada ölən şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gün Səbail rayonu, Salyan şosesində 1997-ci il təvəllüdlü Məhəmməd Tağıyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Sabit Bildimi vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.
*** 08:58
Bakının Səbail rayonunda qəza zamanı bir nəfər ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şosesində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobil yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçən 35-40 yaşlı kişini vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Dərhal hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...