Bakıda avtomobil qəzası: Bir nəfər ölüb, iki nəfər yaralanıb – FOTO/VİDEO

Bakıda avtomobil qəzası: Bir nəfər ölüb, iki nəfər yaralanıb – FOTO/VİDEO
Foto Video
Hadisə 185

Paytaxtda yol qəzası baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Su İdman Sarayının yaxınlığında baş verib.

Belə ki, “Uber” şirkətinə məxsus Toyota Prius markalı avtomobil üç nəfər piyadanı vurub.

Hadisə nəticəsində bir nəfər yaşlı kişi ölüb, xəsarət alan iki qadın Təcili Tibbi Yardım maşınları ilə xəstəxanaya aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər