Bakıda avtomobil qadını vuraraq öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Mikayıl Əliyev küçəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Kia” markalı avtomobilin sürücüsü yolun əks tərəfinə keçmək istəyən 1960-cı il təvəllüdlü Natalya Armı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. “Kia” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.
Meyit morqa yerləşdirilib. Fakt üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Evə görə nənəsini öldürüb zibilliyə atdı - Bakıda QANDONDURAN CİNAYƏT
2022-сi il aprelin 12-də Yeni Suraxanı qəsəbəsi, "14 iyul" küçəsində yerləşən zibillik ərazidə 1953-cü il təvəllüdlü Natalya Popovanın meyiti aşkalanır. Dərhal...