Bakıda avtomobil qaçıran şəxs saxlanıldı
25
iyl
2020
16:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 23-də Bakı şəhər sakini S. Məlikova məxsus "Hyundai" markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı
Binəqədi rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.DİN-dən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB, Gəncə şəhər BPİ,...