Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arenanın" qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 2 piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.
Qəza səbəbindən metronun "Koroğlu" satnasiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da polis əməkdaşları tərəfindən görülən zəruru tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.
Oxşar xəbərlər
Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edilib
Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, iyulun 5-də Alm...