Bakıda avtomobil partlayıb, sürücü xəsarət alıb
Bakının Nizami rayonu, Babək prospektində avtomobildə partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq, "CHEVROLET COBALT" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ olub
Astara rayonunda 3,1 maqnitudada zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bü...