Bakıda avtomobil işıq dirəyini aşırıb - FOTO
14
avq
2023
08:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü minik vasitəsini işıq dirəyinə çırpıb. Zərbənin təsirindən işıq dirəyi aşıb, avtomobil isə deformasiyaya uğrayıb.
Qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Yararsız vəziyyətə düşən minik avtomobili cərimə meydançasına yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda qəza zamanı işıq dirəyi sıradan çıxıb, sürücü xəsarət alıb - FOTO
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi olub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib. Belə ki, idarəetməni itirə...