Bakıda avtomobil polis bölməsinə çırpıldı: Maşında tanınmış müğənninin qızı olub?
"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".
BAKU.WS xəbər verir ki, bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü Oxu.az-a verdiyi açıqlamada deyib.
O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.
"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.
***13:38
Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində avtomobil idarəetməni itirərək 33-cü polis bölməsinin divarına çırpılıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qəza zamanı bir neçə avatomobil toqquşub.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Rəqqasə Fatimə Fətəliyeva dələduzluqla üzləşdi
Rəqqasə Fatimə Fətəliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rəqqasə son zamanlar sosial şəbəkələrdə özünün və...