Bakıda avtomobil əcnəbi vətəndaşı vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 19-da saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində yolu keçən əcnəbi vətəndaş H.Naimi naməlum avtomobillə vurulub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən olunub və sürücü, Bakı şəhər sakini Elcan Vəliyev avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
"Oqtay Gülalıyevin güdülməsi, izlənilməsi halları müəyyən edilməyib" - RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə açıqlama yayıb. BAKU.WS-ə verilən məlumatda deyilir: "Məlumat verildiyi kimi, 29 oktyabr 20...