Bakıda avtomobil ana və azyaşlı övladlarını vurub, uşaqlardan biri ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobil ana və övladlarını vurub, uşaqlardan biri ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub.
Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
F.Əliyevin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...