Bakıda avtobusa hücum olub - Sürücü döyüldü

10
dek
2019
16:10
Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.
Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.
Hadisə vaxtı “Mercedes”in sürücüsü avtobusun sürücüsünü döyüb, avtobusun isə şüşəni təpiklə sındırıb.
Hadisəni törədən naməlum sürücü axtarılır.
Oxşar xəbərlər
Bakıda sərnişin "BakuBus"un sürücüsünü təhqir etdi, özünü avtobusunun qarşısına atdı
"BakuBus" MMC-yə məxsus avtobusun sürücüsü ilə sərnişin arasında münaqişə yaranıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə 2 saylı marşrut xətti üzrə...