Bakıda avtobus şüşələri sındırılmış vəziyyətdə hərəkət edib - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
"General Auto Company" şirkətinin istismarında olan 166 saylı marşrut xəttində fəaliyyət göstərən avtobusun şüşələri 01.11.2025-ci il tarixdə qarşıdan gələn digər avtobusun güzgüsünün dəmir qolu ilə toqquşduqdan sonra sınaraq salona daxil düşüb".
Bu barədə BAKU.WS-ə şirkətin rəsmi nümayəndəsi Asif Rüstəmov məlumat verib.
O bildirib ki, avtobusun şüşələri sındıqdan sonra sürücü bir neçə dayanacaq şəhər istiqamətində hərəkət edib:
"Bundan sonra avtobusdakı sərnişinlər arxadan gələn digər avtobusa mindirilib. Avtobus isə təmir üçün qaraja gətirilib.
Hadisə barədə məlumatımız olan kimi sürücü qaraja dəvət edilib, izahatı alınıb və intizam tənbehi seçilib".
***13:03
Paytaxtda 166 nömrəli marşrut üzrə hərəkət edən avtobusun sərnişinlərlə hərəkətdə olarkən qırıq şüşələrlə idarə olunması barədə görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videodan görünür ki, avtobusun yan şüşələri sınıb, qırıq şüşə parçalar isə salonun içinə tökülüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...