Bakıda avtobus sürücüsünü döydülər
05
noy
2019
20:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında “Xaliq Faiqoğlu” şirkətinə məxsus “İsuzu” markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb. “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, hadisə sərnişinin sürücüdən avtobusu dayanacaqdankənar ərazidə saxlamasını tələb etməsindən sonra baş verib. Avtobus dayanacağa daxil olandan sonra sərnişinlərdən biri sürücüyə xəsarət yetirib. Məsələ ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 2 avtobusun toqquşduğu ağır qəzanın TƏFƏRRÜATI - VİDEO
Bakıda iki sərnişin avtobusunun toqquşduğu yol qəzasının təfərrüatları məlum olub."BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobusun sür...