Bakıda avtobus sürücüsü dispetçeri bıçaqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə “Cantəpə” yaşayış massivində qeydə alınıb. 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer, 1982-ci il təvəllüdlü Hüseynov Səxavət Zöhrab oğlu arasında mübahisə düşüb.
Mübahisə zəminində sürücü S.Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində araşdırma aparılır.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, 142 nömrəli münətəzəm marşrut xətti Manella MMC-nin müvəqqəti istismarındadır.
Gündəlik olaraq bu xətt üzrə BNA-ya şikayət daxil olur. Həm istifadə olunan avtobusların texniki vəziyyəti, həm də sürücülərin peşəkarlığı sürücülərin psixoloji durumu qənaətbəxş deyil. Dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılsa da, tədbirlər görülməyib.
Bu səbəbdən də həmin xətt yaxın vaxtlarda müsabiqəyə çıxarılacaq. Mövcud daşıyıcı müsabiqə şərtlərinə cavab verməsə, təbii ki, onunla müvəqqəti istismara dair imzalanmış müqaviləyə xitam veriləcək.
Oxşar xəbərlər
Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - Azərbaycanda ən səs-küylü QƏTLLƏR
Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub. BAKU.WS “Ölkə.Az...