Bakıda aşan “Porsche”ni görün kim sürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə saatlarında "Porsche" markalı avtmobil qəza törədib.
BAKU.WS xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə saat 00:05 radələrində Yasamal rayonu, Nərimanov prospektində baş verib.
Yayılan ilkin informasiyaya və hadisə şahidlərinin verdiyi məlumata əsasən, avtomobili 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı idarə edib.
Lakin rəsmi sənədlərdə "Porsche"ni Teymur Əhmədovun sürdüyü qeyd edilib. 30 yaşlı T.Əhmədov yüksək sürətlə idarə etdiyi "Porsche Cayenne" markalı 10 BB 709 nörməli avtomobili diqqətinin yayınması nəticəsində yolun kənarındakı maneələrə çırpıb. Nəticədə avtomobil aşıb.
Sürücü T.Əhmədov və avtomobildəki yaşıdı olan qızlar - Gülüzə və Aytən bədən xəsarətləri alıblar. Onlar Travmatologiya İnstitutuna yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...