Bakıda arvadı tərəfindən döyülən kişi XƏSTƏXANALIQ OLDU

Bakıda arvadı tərəfindən döyülən kişi XƏSTƏXANALIQ OLDU
Hadisə 171

Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Arvadı tərəfindən döyülən 1973-cü il təvəllüdlü Seymur Kərim oğlu Kərimov Sabunçu Tibb Mərkəzinə aparılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

Xəsarət alan şəxsin son vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 29-da, saat 22:30-da 1973-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"1973-cü il təvəllüdlü şəxsə baş-beyin silkələnməsi, qarın divarının əzilməsi, diz oynağının əzilməsi, biləyin səthi travması, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib. Zəruri tibbi yardımlar göstərilən pasiyentin vəziyyəti stabil olub və öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.

Son xəbərlər