Bakıda arvad ərini bellə döydü
Bakıda arvad ərini bellə döyüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Şəki rayonunda qeydiyyatda olmaqla Binə qəsəbəsində yaşayan, 1993-cü il təvəllüdlü Gülər Ağayeva (adı və soyadı şərtidir) yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə G.Ağayeva həyətdəki bellə ərinin baş və sifət nahiyələrinə zərbələr endirib.
Kişinin şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər, qadın saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib, qadın məsuliyyətdən azad olunub.
Oxşar xəbərlər
Goranboyda 3 nəfər balıqdan zəhərlənib
Dekabrın 29-da saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şö...