Bakıda anasını və qardaşını döyə-döyə öldürən şəxs həbsdə öldü

Bakıda anasını və qardaşını döyə-döyə öldürən şəxs həbsdə öldü
Hadisə 150

Bakıda həbsxanada ölüm hadisəsi baş verib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan məhkum Oleq Abışov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Oleq Abışov 2013-cü ildə ailə üzvlərini öldürməkdə təqsirli bilinərək həbs edilmişdi. O, anasını və qardaşını döyə-döyə öldürmüşdü.

Son xəbərlər